bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Mbappe: “Neymarla münasibətimiz hər zaman hörmətə əsaslanıb”

09.09.2022 15:28 Oxundu 444

PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı hücumçu Neymarla münasibəti haqda danışıb.
“Neymarla münasibətimiz hər zaman hörmətə əsaslanıb. Amma aramızda münasibətin bir az soyuduğu, bir az da istiləşdiyi anlar da olur. Bizim bəzən ən yaxşı dost olduğumuzu və bəzən o qədər də ünsiyyət qurmadığımızı görəcəksiniz, münasibətlərimizin təbiəti belədir. Onun oyunçuluğuna və PSJ-dəki əhəmiyyətinə böyük hörmətim var. Belə güclü xarakterə malik iki oyunçu olan yerdə həyat düzxətli olmur. Əlbəttə, hərdən nəsə olur, amma bu, həmişə PSJ-nin hörməti və maraqları çərçivəsində qalır, - “The New York Times” Mbappedən sitat gətirir.