09.09.2022 15:35
471
Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Avropa Liqasının ilk turunda "Fənərbağça" ilə oyunda (1:2) rəqibin kobud oyununu tənqid edib:
- Bu gün meydanda korrida var idi. Buğa döyüşünün nə olduğunu bilirsinizmi? Bu mətbuat konfransını keçirməmək daha yaxşı olardı. Bir futbolçumuz xəstəxanaya göndərildi. Qapıçımız dizindən zədə aldı. Daha bir futbolçu zəhərlənib. Mən müdafiə oyunçusunu mərkəz hücumçu mövqeyinə buraxmağa məcbur oldum. Bu, futbol deyildi. Avropa səviyyəsində belə oynamırlar. “Fənərbaxça”nın həm çoxlu qayda pozuntuları, həm də simulyasiyaları var idi. Çox aqressiv matç oldu, - Kiyev "Dinamo"sunun rəsmi saytı Luçeskuya istinadən yazır.