bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Jorje Jesuş: "Luçesku oyunu pis analiz edib"

09.09.2022 15:47 Oxundu 571
 
"Fənərbağça"nın baş məşqçisi Jorje Jesuş bu komandaların Avropa Liqasındakı oyunundan sonra istanbulluların kobud oyunundan narazılığını bildirən Kiyev "Dinamo"sunun  baş məşqçisi Mirça Luçeskuya cavab verib.
- Mən Luçeskuya çox hörmət edirəm. O, futbolda brenddir, məşqçi kimi keyfiyyətlərini sübut edib. Amma ona məsləhət verə bilərəm: matçın statistikasına baxın və görün nə qədər qayda pozuntusuna yol veriblər. Yalnız ilk 10 dəqiqədə onlar 8 dəfə qayda pozdublar və qapıçı artıq 25-ci dəqiqədə vaxt üçün oynamağa başladı. Futbolda belə olmamalıdır. Bilmirəm, bəlkə Ukrayna futbolunda belədir, amma sən özünü belə yüksək səviyyədə apara bilməzsən. Onun matçı necə izlədiyini bilmirəm, amma məncə, oyunu pis analiz edib. Luçeskunun fikrinə hörmətlə yanaşıram, lakin onunla razılaşmıram, - deyə Xesus “Fənərbaxça”nın rəsmi saytına bildirib.