09.09.2022 16:03
479
“Ferensvaros”un baş məşqçisi Stanislav Çerçesov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun matçında “Trabzonspor” üzərində qələbədən (3:2) razı qaldığını bildirib.
Azlıqda oynayıb qalib gəldiyimiz üçün şadam. Oyundan əvvəl uşaqlarla nəyi müzakirə etmişdiksə, hamısınıi meydanda gördüm. Qırmızı vərəqədən sonra taktikanı dəyişməli olsaq da, həm fərdi, həm də komanda oyununu yüksək səviyyədə saxlaya bildik. Bu səviyyədə hər matç və hər qələbə çox çətin olur. Çox şadam ki, azarkeşlər matçın hər dəqiqəsində bizi dəstəklədilər. Bu, çox şey demək idi! Qələbə qazanmaq istəyirdik, ona görə də təkcə müdafiə haqda düşünə bilməzdik. Futbolçularım fərdi performanslarını maksimuma çatdırdılar, elə buna görə də dayanmaq sadəcə mümkün deyildi, - klubunun mətbuat xidməti Çerçesovdan sitat gətirir.