şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Joze Mourinyo: "Romada işlər pis gedir"

09.09.2022 16:10 Oxundu 463
 
"Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun matçında "Ludoqorets"ə məğlubiyyəti (1:2) şərh edib.
- Əla oynamadıq, amma uduzmamaq üçün kifayət qədər çox şey nümayiş etdirdik. Qol vurmaq şanslarımız oldu, amma rəqibin qolundan sonra hər şey daha da qəlizləşdi. Yaxşı reaksiya verdik, hesabı bərabərləşdirdik, sonra yenə qol buraxdıq. " Hazırda Romada işlər pis gedir. Amma xoşbəxtlikdən biz pley-offda yox, qrup mərhələsindəyik. Qarşıda daha beş oyun var. İlk görüşdə qalib gəlmək sizi həmişə üstün mövqeyə qoyur, əksinə biz təzyiq hiss edəcəyik, - “Football Italia” Mourinyodan sitat gətirir.