10.09.2022 00:02
451
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Premyer Liqanın debütantının hər iki qolunu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 10-a çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. Xalı olmayan "Kəpəz" isə sonuncudur.