şənbə, 23 noyabr 2024

BİZİM FUTBOL

“Qəbələ” ardıcıl 3-cü dəfə məğlub olub

10.09.2022 23:08 Oxundu 441


Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

"Neftçi" Qəbələdə eyniadlı komandanın qonağı olub. Qarşılaşma paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 31-ci dəqiqədə meydan sahiblərindən Məqsəd İsayev açıb. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Neftçi" liderliyə yüksəlib. 9 xalı olan "Qəbələ" isə 5-ci sırada qalıb.