10.09.2022 23:15
423
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
"Zirə" "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş qartalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 5-ci dəqiqədə qonaqlardan Dmitrios Çantakias açıb. 13-cü dəqiqədə Ağabala Ramazanov tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 33-cü dəqiqədə Sertan Taşkın qoyub.
72-ci dəqiqədə "dənizçilər" azlıqda qalıblar. Tural Bayramlı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. Buna baxmayaraq oyunun bundan sonrakı hissəsi “Səbail”in diktəsi ilə keçib. “Dənizçilər” bir neçə dəfə hesabı bərabərləşdirmək üçün imkan qazansalar da, bu imkanlardan istifadə edə bilməyiblər.
Beləliklə, bu qələbədən sonra xallarını 10-a çatdıran "Zirə" 5-ci pilləyə yüksəlib. 5 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.