şənbə, 23 noyabr 2024

BİZİM FUTBOL

“Turan”a yardım edənlərin sayı artır

12.09.2022 13:57 Oxundu 721
 
Futbolun İnkişafı Fondu və "Turan Tovuz" klubu tərəfindən futbol iictimaiyyəti üçün böyük maraq kəsb edən “Turan 100k” adlı  bir layihə həyata keçirilir.
Layihə 2022/2023-cü illər mövsümündən etibarən Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya əldə edən "Turan Tovuz" Peşəkar Futbol Klubu üçün 100.000 AZN ianə toplamaq məqsədi daşıyır.
Öncədən deyək ki, layimə birmənalı qarşılanmayıb. Belə ki, layihəni dəstəkləyənlər də , layihəsisiz AFFA-nın 100 000 manat pul ayırıb klub üçün avtobus ala bilcəyini iddia edənlər də, həvəslə bu işə qoşulanlar da var.  Bu başqa söhbətin mövzusudur. Biz isə hazırda reallaşmaqda olan layihənin gedişini izləmək qərarına gəldik.
Layihəçilər məqsədlərinə çatmaq üçün belə bir uğurlu yol tapıblar: Uzunluğu 105, eni isə 68 metr olan meydançanı piksellərə (kvadratlara bölüblər). Həmin piksellərin hər birini 15 manatdan ianəçilərə təklif ediblər. Arzulayan hər kəs meydançanın  hər hansı hissəsindən 1, 4, 9, 16 və s. piksellik sahəni seçib satın ala bilərlər. Bununla da “Turan” klubuna maddi dəstək göstərmiş olurlar.
Cəmi 7140 piksel var. Bu günə qədər 455 piksel satılıb. Bəzən ianəçilər öz adlarını gizlədərək, övladlarının, şəhidlərin, yaxın adamlrının adı ilə ianə ediblər.
Hər biri 64 piksel (960 manatlıq sahə) alan Balakişiyeva Firəngiz və Ehtiram Quliyev “Turan”a  ən böyük yardım göstəriblər. Daha iki nəfər 16 piksellik (240 manat) yardım edib. Bunlar Tovuz futbolunun tanınmış simaları – Vidadi Əhmədov və Yaşar Sultanovdur.
11 nəfər 9 pikselllik (135 manat) yardım göstərib. Bunların arasında. Aktyor Fəxrəddin Manafov, futbol mütəxəssisi Tahir Süleymanov, deputat Arzu Nağıyev kimi tanınmış similar da var. 9 piksellik digər ianəçilər isə aşağıdakılardır: Səttərxan Əmirzadə, Şəhid Ceyhun Abbasov, Tamer Hüseyn, Altay Məmmədli, Rövşən Musayev, Şaiq Qəribzadə, Rahib Abbasov və Ceyhun Babaşov.
İdman jurnalistlərindən İxtiyar Əsgərov və Əlisahib Əliyev və Azərbaycanda legioner həyatı yşayıb ilk qolunu “Turan”ın qapısındankeçirən Yakuba Bamba da “Turan”ın ianəçisi olmaq şərəfinə nail olublar.