şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Xavi Hernandez: "Qol vursaydıq, matç tamamilə fərqli bitəcəkdi"

14.09.2022 13:05 Oxundu 482

"Barselona"nın baş məşqçisi Xavi Hernandes Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun matçında "Bavariya"ya uduzduqdan (0:2) sonra bildirib ki, oyunun istənilən dəqiqəsində vuracağımız bir qol bütün oyunun gedişatını dəyişəcəkdi.
"Altı-yeddi gözəl qol şansı yaratdıq, lakin onlardan istifadə etmədik və "Bavariya" şansını əldən vermədi. Rəqabətli oyun keçirdik, çox yaxşı oynadıq və qol vursaydıq, matç tamamilə fərqli bitəcəkdi. Lakin bu, Çempionlar Liqasıdır: künc zərbələri zamanı belə mövqe səhvlərinə yol verməməyə çalışmaq lazımdır. Məhz bundan sonra rəqiblər 1:0 hesabı ilə önə keçiblər.
Məğlubiyyət geri addımdır, amma yenə də şansımız böyükdür. Biz bura qələbə qazanmaq niyyəti ilə gəlmişdikik. Öz səhvlərimizdən dərs almalıyıq. Düşünürəm ki, ümumilikdə yaxşı oyun keçirdik.
Rəqiblərimizə belə imkanlar verməməliyik. Mən buradan çox məyus gedirəm, çünki bu axşam qalib gəlmək lazım idi. Amma eyni zamanda komandamla fəxr edirəm. Bununla belə, əsas odur ki, qələbə qazanaq.  buraxılan qollardan sonra olan həlledici anlarda daha yaxşı çıxış etməli, həm də yaradılan şanslardan daha yaxşı istifadə etməliyik”, - UEFA-nın rəsmi saytı Xavidən sitat gətirir.