şənbə, 19 aprel 2025

DÜNYA FUTBOLU

Qız evində toydur, oğlan evi xəbərsizdir

14.09.2022 13:55 Oxundu 997

Bir neçə gün əvvəl kütləvi informasiya vasitələrinə Qırğızıstan milli komandası ilə Rusya millisi arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə xəbərlər yayılmışdı.
“Mutko protiv” Telegram kanalının məlumatına görə, həmin yoldaşlıq oyunu baş tutmaya bilər.
- Söhbət bəzi Qırğızıstan məmurlarının biznesə, media hüquqlarına yanaşmasından gedir. Adətən, yoldaşlıq oyunları zamanı ev sahibləri qonaqlara yerləşmə, transferlər üçün pul ödəyir, ən əsası isə stadiondakı reklam lövhələrinin 50%-nə televiziya hüquqlarını verirlər. Qırğızlar isə israr edirlər ki, mediaya heç bir hüquq verə bilməzlər, çünki artıq onları yerli agentliyə satıblar. Oyunun müqaviləsi hələ bağlanmayıbsa hüquqlarını necə satdıqları ilə bağlı suallara isə sadəcə çiyinlərini çəkib, “belə” deyirlər. Rusiya Futbol İttifaqı bu yanaşma ilə razılaşmır - media hüquqları verilməsə, o zaman oyun Rusiyada matç göstərilməyəcək.
Bununla belə, Qırğızıstanın idman rəsmilərinin yanaşmalarına korrektə edəcəkləri gözlənilir. Üstəlik, bu yoldaşlıq oyununu keçirməyi onlar özləri təklif ediblər və Qırğızıstan rəhbərliyi də oyunun özünü gözləyir. Deməli, oyunun əhəmiyyəti onlar üçün daha vacibdir,-  məlumatda bildirilir.
Bu Rusiya tərəfin informasiysıdır.
Qırğızıstan futbol ittifaq isə isə, ümumiyyətlə, Rusiya ilə yoldaşlıq oyunu keçirəcəyini təsdiqləmir.
Qırğızıstan Futbol İttifaqının mətbuat xidməti belə bir yoldaşlıq görüşünün keçiriləci barədə xəbəri təkzib etməyib və bildirib ki, hazırda yoldaşlıq görüşlərinin potensial iştirakçıları ilə danışıqlar aparılır.
“Qırğızıstan milli komandası sentyabrda FİFA-nın təyin etdiyi günlərində təlim-məşq toplanışı keçirməyi planlaşdırır. Komanda yoldaşlıq oyunları keçirməyi də planlaşdırır. Hansı komandalarla qarşılaşacağımız və qarşılaşmaların vaxtı daha sonra açıqlanacaq. Hazırda potensial rəqiblərlə danışıqlar prosesi gedir”, - deyə mətbuat xidmətindən bildirilib.
Necə deyərlər, qız evində şıdırğı toy gedir, oğlan evinin isə xəbəri yoxdur.
Xatırladaq ki, Ukrayanaya hərbi təcavüzlə əlaqədar Rusiya klubları və milli komandası FİFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.