14.09.2022 14:43
533
“Bild” xəbər verir ki, naməlum şəxslər Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun “Barselona” ilə oyununun gedişində (2:0) “Bavariya”nın yarımmüdafiəçisi Tomas Müllerin evini qarət ediblər.
Polis oğurluq faktını təsdiqləyib. Qarətçilərin apardıqları pul, qızıl-zinət və qiymətli əşyaların dəyərinin 6 rəqəmli ədədlə ifadə olunduğu bildilir.