"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib.
Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri dəyişib. Topa daha çox “Qarabağ” sahib olsa da qapıya endirilən zərbələrdə qonaqlar üstünlük əldə ediblər. qonaqlar 14-cü və 27-ci dəqiqələrdə Fransa təmsilçisinin futbolçusu Moyzes Simon 2 dəfə yüzfaizlik imkan qazansa da qapıçı Şahruddin Məhəmmədəliyev həmin epizodlarda üstün olub.
30-cu dəqiqədə Elvin Cəfərquliyevin zərbəsindən sonra top qapının üstündən keçib. Bir qədər sonra sonra Kvabena Ovusu qol fürsətini əldən verib. 43-cü dəqiqədə Bədavi Hüseynovun başla topu uzaq küncə yğnəltməyi bacarsa da, rəqib qapıçı son anda hesabın açılmasına imkan verməyib.
İkinci yarıda da Azərbaycan təmsilçisi topa daha çox nəzarət edən tərəf olub. 51-ci dəqiqədə Ovusu daha bir imkanı əldən verib. Bir qədər sonra Ovusu hesabı açmağa müvəffəq olub. 65-ci dəqiqədə Abdullah Zubir hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Marko Yankoviç matçda son nöqtəni qoyub. Komandamız bundan sonar da müdafiəyə çəkilməyib.
Avroliqda böyükhesablı (3:0) qələbə qazanan "Qarabağ" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
Qrupumuzun digər matçında "Frayburq" Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. "Olimpiakos" hər iki turda məğlub olub.