şənbə, 23 noyabr 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: "Qələbə qazansaq da, mənim üçün danışmaq asan deyil".

15.09.2022 23:28 Oxundu 438


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonar qarşılaşma haqqınad fikirləni bildirib: deyib

“Bizim üçün ilk yarıda intizamlı oynamaq vacib idi. İlk dəqiqələrdən ehtiyatlanırdıq. Çünki rəqibin heyətində bacarıqlı futbolçular var. Onları saxlamağa çalışırdıq. Çox maraqlı qələbə oldu. "Qələbə qazansaq da, mənim üçün danışmaq asan deyil. Allah şəhidlərimizə rəhmət etsin. Ağır gündür. Allah Ordumuzu qorusun. Ürəyimiz oradadır. Qalibiyyət haqqında çox şey demək istəmirəm. Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm. Xalqımız bunu bizdən gözləyirdi. Rəqibə uğurlar arzulayıram və futbolçularımı təbrik edirəm".