şənbə, 23 noyabr 2024

BİZİM FUTBOL

Antuan Kambuare: “0:3 hesablı məğlubiyyət gözləmirdim"

15.09.2022 23:34 Oxundu 484


Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında matç barədə təəssüratlarını bildirib:

"Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo"! "Futbolda belə nəticələr qeydə alına bilər. Bu məğlubiyyətdən sonar istefa vermək fikrim yoxdur. Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm. Futbolda belədir ki, vurmayana vurarlar. Bizə qarşı yaxşı pressinq oldu və dözə bilmədik. Sonda da "sındıq". "Qarabağ" da bundan istifadə edib qollarını vurdu. Həm də müdafiədə yaxşı oynaya bilmədik. Zəiflik nümayiş etdirdik. Bizim də "Qarabağ" kimi 3 xalımız var. İlk görüşümüzdə qalib gəlmişik, bu gün isə məğlub olduq. Növbəti qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. "Qarabağ"ın çox güclü komanda olduğunu daha əvvəl də bildirmişdim. Onların avrokuboklarda təcrübəsi daha çoxdur. Çətin olacağını bilirdik. Amma 0:3 hesablı məğlubiyyət gözləmirdim".