şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Ramaz Svanadze: “Millimizin futbolçuları Rusiya çempionatında oynamamalıdır”

16.09.2022 16:24 Oxundu 528
 
Gürcüstanın gənclərdən ibarət yığmasının baş məşqçisi Ramaz Svanadze bildirib ki, indiki vəziyyətdə millinin heç bir futbolçusu Rusiyada oynamamalıdır.
"Mən Luka Qaqnidzenin (Moskva "Dinamo"sunun yarımmüdafiəçisi - təqribən) məsələsinə toxunmaq istəyirəm. Bu, bizim qəti mövqeyimizdir - mənim və bütövlükdə federasiyanın mövqeyidir: Təkcə Luka deyil, Gürcüstan millisinin istənilən oyunçusu bugünkü reallığa əsaslanaraq Rusiya çempionatında oynamamalıdır. Luka ən perspektivli oyunçulardan biridir, gələcəkdə təkcə Gürcüstan millisi üçün deyil, ümumiyyətlə, Gürcüstan futbolu üçün də faydalı ola bilər.O, bizim fikrimizi bilir, və biz onun mövqeyini dinlədik”, - Svanadzenin sözlərini Gürcüstanın Birinci Kanalı sitat gətirib.