cümə axşamı, 17 aprel 2025

DÜNYA FUTBOLU

Zaza Canaşia: "Svanadze, deyəsən, dəli olub”

16.09.2022 16:37 Oxundu 631

Moskvanın “Lokomotiv” klubunun sabiq hücumçusu Zaza Canaşiya Gürcüstanın gənclərdən ibarət yığmasının baş məşqçisi Ramaz Svanadzenin hazırkı vəziyyətdə gürcü futbolçuların Rusiyada oynamamalı olduğu fikri ilə razılaşmadığını bildirib.
Svanadze bir qədər əvvəl bildirmişdi ki, federasiyanın mövqeyinə görə, indiki vəziyyətdə millinin heç bir futbolçusu Rusiyada oynamamalıdır.
“Svanadze, deyəsən, dəli olub. İdmanın siyasətlə nə əlaqəsi var? Siyasət və idman bir yerdə ola bilməz, mən Svanadzenin belə mövqeyinin əleyhinəyəm. Ramazla tanışıq, niyə belə dediyini bilmirəm. Gürcülər Rusiyada, ruslar isə Gürcüstanda həmişə oynayıblar, heç vaxt problem olmayıb”, - deyə Canaşiya “RİA Novosti”yə bildirib.