şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Mostovoy:  “Ferentsvaroş”un qələbəsini göylərə qaldırmamalıyıq”

16.09.2022 16:53 Oxundu 477

Moskvanın “Spartak” klubunun sabiq futbolçusu Aleksandr Mostovoy deyib ki, rusiyalı baş məşqçi Stanislav Çerçesovun rəhbərlik etdiyi macar “Ferensvaroş”un Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Monako” üzərində qələbəsinə (1:0) sakit yanaşmaq lazımdır.
"Heç-heçə ədalətli nəticə olardı, amma “Ferentsvaro” yaxşı oynadı. Unutmamalıyıq ki, bu, Avropa Liqasıdır. Biz bu qələbəni göylərə qaldırmamalıyıq. Macarlar işləyirlər, onlar qrupdan çıxmaq üçün yaxşı imkan qazanıblar. Sakit olmalıyıq. Çerçesov da hər şeyi başa düşür. Adam artıq bir neçə dəfə özünü “yandırılıb”. “Ferentsvaros” axsamadı,  altı xal topladı.Bu qələbənin qiyməti bu qədərdir”, – Mostovoy “RİA Novosti”yə bildirib.