16.09.2022 17:03
426
Almaniyanın daxili işlər naziri, eyni zamanda idmana da cavabdeh olan Nensi Feser Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferinə müraciət edərək, Moskva ilə sıx əlaqələrə görə Belarus milli komandasını bütün beynəlxalq futbol oyunlarından kənarlaşdırmağı xahiş edib. "Spiegel" bu barədə nazirin ona daxil olan məktubuna istinadən xəbər verir.
“Belarus Rusiya rəhbərliyinin əsas dəstəkçisi kimi bütün beynəlxalq futbol matçlarından və turnirlərindən kənarlaşdırılmalıdır”, - məktubda deyilir.
Nazir həmçinin bütün Rusiya və Belarus nümayəndələrini beynəlxalq idman assosiasiyalarının nüfuzlu orqanlarında işdən uzaqlaşdırmağa çağırıb.
Xatırladaq ki, mayın 2-də UEFA Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klublarının 2022-2023-cü illər mövsümündə avrokuboklarda iştirakını dayandırıb