İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 51.2);
“Kəpəz” klubunun “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin (maddə 49.4);
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39);
VI turun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39);
VI turun “Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün “Səbail” klubu 4000 manat cərimə olunur (maddə 41.7);
Birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” klubu 800 manat cərimə olunur (maddə 60);
“Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39);
“Zirə” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39);
“Səbail” klubunun futbolçusu Tural Bayramlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
VI turun “Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zonanı tərk edərək yan xətt hakiminə etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə 1 oyun cəzalandırılır və “Sabah” klub 800 manat cərimə olunur (maddə 47.3);
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə olunur (maddə 49.2);
“Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39);
“Sabah” klubunun futbolçusu Abdulaye Ba ikinci sarı vərəqə alaraq maydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat məbləğində cərimə olunur (maddə 47.1);
I Divizionun IV turunun “İmişli” – “Mingəçevir” oyununda “Mingəçevir” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
“İmişli” klubunun futbolçusu Həmzə Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
IV turun “Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
IV turun “Zaqatala” – “Səbail” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39).