Futol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Açılış matçında "Sabah" "Turan Tovuz"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 15-ci dəqiqədə paytaxt təmsilçisindən Davit Volkov açıb. 34-cü dəqiqədə Coy Lens Mikels 2-ci topu qonaqların qapısından keçirib. 39-cu dəqiqədə Şakir Seyidov qırmızı vərəqə alaraq, Tovuz təmsilçisini azlıqda qoyub. Azlıqda qalmasına baxmayaraq Tovuz klubu 81-ci dəqiqədə hesabarasındakı fərqi minimum endirib. Runi Eva fərqlənib. Bundan sonra oyun bərabər qonaqlar irəli atılaraq bir xalı xilas etməyə çalışıblar. Lakin meydan sahibləri əks-hücumların birində penalty vurmaq hüququ qazanıblar. Elvin Camalov bu imkandan məharətlə istifadə edərək yekun hesabı müəyyənləşdirb.