20.09.2022 15:36
580
“Bavariya”nın əfsanəvi keçmiş futbolçusu Lotar Matteus baş məşqçi Julian Nagelsmannın istefası ilə bağlı yayılan xəbərlərdən danışıb.
- Nagelsmann “Bavariya” üçün lazımlı məşqçidir. O, şübhəsiz ki, istefaya göndərilməməlidir. Mənə elə gəlir ki, “Bavariya” rəhbərliyi ona güvənir, əbəs yerə ona beş illik müqavilə təklif olunmayıb. İtaliyanın ITASportPress xəbər agentliyi Matteusa istinadən bildirir ki, təbii ki, indi o, qısa məşqçilik karyerasının ən çətin dövrünü yaşayır.