20.09.2022 15:52
447
Hücumçu Luis Suaresin müqaviləsi noyabrda başa çatdıqdan sonra Uruqvay "Nasional"dan ayrılacağını klubun prezidenti Xose Fuentes açıqlayıb.
Suares iyulun sonunda “Nacional”a keçib. Futbolçu ilə müqavilənin müddəti dəqiqləşdirilməyib.
"Çempionat başa çatır və Suares “Nasional”dan ayrılır. Luis klubumuza keçmək üçün çox səy göstərdi və hər dəfə məndən soruşanda, yalan gözləntilər yaratmamaq üçün bunu deyirəm. Biz belə razılaşmışıq", - "Marka" Fuentesdən sitat gətirir.
“Nasional”da keçirdiyi 10 oyunda “Liverpul” və “Barselona”nın keçmiş forvardı dörd qol vurub və üç məhsuldar ötürmə edib.