Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Millimiz "Dalğa Arena"da Qazaxıstan seçməsini qəbul edib.
Oyunun birinci hissəsi komandamizin böyük üstünlüyü ilə keçsə də rəqib qapısna yol tapmaq mümkün olmayıb. Görüşün 35-ci dəqiqəsində qonaqların oyunçusu Nuralı Alip Renat bir anda iki dəfə qaydaları kobud sürətdə pozub 2 sarı vərəqə alıb və komandasını azlıqda qoyub. Bundan sonra komandamız hücumların kəsərini bir qədər də artırıb. Lakin fasiləyə qədər istənilən nəticəyə nail olmaq mümkün olmayıb.
Millimiz ikinci yarıya 3 dəyişikliklə başlayıb. De Biyazi Mahir Əmrəli və Musa Qurbanlı ilə hücumu, İsayevlə yarımmmüdafiə xəttini gücləndirmək istəyib. Bu dəyişiliklərdən sonra komandamız meydanda hegamonluq etməyə başlayıb. 65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da, Şatski qonaqları qoldan xilas edib. Komanda bundan bir dəqiqə sonra istəyinə çatıb. 66-cı dəqiqədə Aleksandr Maroçkin avtoqol müəllifi olub. 72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi bundan iki dəqiqə sonra qonaqları məyus etməyi bacarıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub.
Oyunun statistilakasına baxdıqda komandamız bütün kompanentlərdə üstələyini görürük. 90 dəqiqə ərzində müllimiz rəqib qapısına 19 zərbə endirib, onlardan 5-I çərçivəyə düşüb. Rəqib isə bütün oyun ərzində qapımıza bir dənə də olsun zərbə endirə bilməyib.