şənbə, 23 noyabr 2024

BİZİM FUTBOL

Məhəmməd Adıyev: “Bugünkü məğlubiyyət çox ağır oldu”

25.09.2022 22:29 Oxundu 423


Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycan seçməsinə 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan sonra keçirdiyi mətbuat konfransında qarşılaşma haqqında təssüratlarını bildirib:

"Ritm qırılıbsa, bundan sonra güc tapmaq çox çətindir. Oyunu dəyişməyə cəhd etdim. Amma matç əldən getdi. Bu gün Belarusla qarşılaşmaya nisbətən çox zəif oynadıq. Bugünkü məğlubiyyət çox ağır oldu. Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Bizim yolumuz hələ irəlidədir".

Adıyev matçdan sonra Canni De Byazi ilə görüşdüyünü və onu təbrik etdiyini söyləyib.