şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Rusiyalı hakimlər qonorarlarını ala bilmirlər

26.09.2022 17:32 Oxundu 509

Rusiyalı hakimlər Sergey Karasev və Sergey İvanov Avropa Liqası və Konfrans Liqasında fevral ayında idarə etdikləri oyunların qonorarı hələ də almayıb. Bu barədə “Ria-novosti”yə informasiyalı mənbədən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) rusiyalı hakimlər qarşısında öhdəliklərini yerinə yetirməyə hazırdır, lakin Rusiya bankları vasitəsilə ödənişlərdə problem olduğu üçün bunu edə bilmir. Karasev 5,5 min avro, İvanov isə üç min avro almalıdır.
Sergey Karasev fevralın 24-də Avropa Liqasının 1/16 final mərhələsinin “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) oyununu idarə edib. Sergey İvanov Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində fevralın 24-də baş tutan "Bodo-Qlimt" (Norveç) - "Seltik" (Şotlandiya) oyununda baş hakim vəzifəsində çalışıb.