28.09.2022 16:55
524
"Lokomotiv"in sabiq baş məşqçisi Yuri Semin "Sport Eksspres"ə müsahibəsində "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın son uğurlarını şərh edib.
"İlk mərhələdə o, komandanı düzgün seçdi. Gənc yaşda düzgün klub tapmaq lazımdır ki, orada səni başa düşsünlər, məşqçi səni komandasında görmək istəsin. Amma bu müddət ərzində sən sübut etməlisən ki, bura əbəs yerə gəlməmisən. İnsinye getdiyi üçün “Napoli”də hər şey tez yoluna düşdü. Xviça Lorenzo kimidir. Yüksək sürətə malik hücumameyilli oyunçudur, gözlənilmədən mərkəzə keçir. İndi o, hər gün əvvəlkindən daha çox işləməlidir. Onun sərhədsiz maliyyə imkanlarını, məncə, qiymətləndirmək çətindir. İtaliyada o, artıq ikinci aydır ki, ilk rollardadır. Orada oynamaq çox çətindir, çünki İtaliya futbolunda müdafiə çox güclüdür”, - Semin bildirib.