çərşənbə axşamı, 08 aprel 2025

DÜNYA FUTBOLU

Fernando Santuş: "Komandam ilk hissədə çox yaxşı oynadı"

28.09.2022 17:20 Oxundu 675
 
Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş Millətlər Liqasının VI turunun matçında İspaniyaya məğlubiyyəti (0:1) şərh edib.
"Komandam ilk hissədə çox yaxşı oynadı. İspanların topa daha çox sahib olmasına baxmayaraq, biz yaxşı görünürdük. Amma rəqibi gərginlikdə saxlamaq üçün biz  çox təzyiq etməli. İlk hissədə bir neçə qol vəziyyəti yaratdıq. İspaniya isə heç nə ilə yadda qalmadı”, - UEFA-nın mətbuat xidməti baş məşqçisinin sözlərindən sitat gətirir.