30.09.2022 21:30
477
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
İlk oyun günündə "Qəbələ" Bakıda "Səbail"in qonağı olub. "ASCO Arena"dakı görüş "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatb.
Oyunda bütün qollar ikinci hissədə vurulub. 44-cü dəqiqədə meydan sahiblərindən Qustavo de Fransa ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. 54-cü dəqiqədə qonaqlardan İsnik Alimi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 7 dəqiqə sonra isə Ağabala Ramazanov penaltidən tarazlığı bərpa edib. Son nöqtəni isə 90-cı dəqiqədə Ülvi İsgəndərov qoyub.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Qəbələ" 4-cü pillədəki yerini qoruyub. 5 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.