02.10.2022 20:37
552
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.
Son oyun günündə iki oyun keçirilib. Günün ilk matçında "Şamaxı" "Sabah"ı qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmasa da, oyuna əlavə olunmuş ilk dəqiqədə “Sabah” istəyinə nail olub. Abdulaye Ba komandasına qələbə gətirən qolun müəllifi olub.
Günün ikinci matçında "Sumqayıt" "Kəpəz"i qəbul edib.
"Kapital Bank Arena"da oynanılan qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Gəncə təmsilçisinin heyətində Giorgio Kantaria 45-ci dəqiqədə penaltidən yararlana bilməyib.