03.10.2022 17:09
455
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının 8-ci turunun "Bolonya" ilə oyununun (3:0) yekunlarından danışıb.
- Birinci hissənin sonunda bir neçə səhvə yol verməyi nəzərə almasaq, komandanın əhval-ruhiyyəsi və həmrəyliyi xoşuma gəldi. Belə vəziyyətlərdə sürəti azaltmaq, topu daha çox saxlamaq lazımdı. Bir aydan artıqdır ki, qalib gəlməmişik, ona görə də aydın və inandırıcı qələbə qazanmaq xoş oldu. İndi biz səbirli olmalıyıq, unutmamalıyıq ki, biz hələ çox uzaqdayıq və hər şeydən əvvəl Çempionlar Liqasında çıxışımızı yoluna qoymalıyıq. Tam bir ay idi qalib gəlmirdik və soyunub-geyinmə otağına qayıdanda nəyin baş verdiyinə inana bilmirdik. İlk addımı atdıq. Ümid edirik ki, fərqi aradan qaldıracağıq. Keçən mövsüm fərqi aradan qaldırdıq, bunu yenidən edə bilərik. Hər dəfə kiçik addım olmalıdır, biz bu fərqi bir anda tamamlaya bilmərik. DAZN Alleqriyə istinadən xəbər verir.