şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

İki nəfər futboldan ömürlük uzaqlaşdırılıb

04.10.2022 14:41 Oxundu 555

İndoneziya Futbol Assosiasiyası Malanq şəhərindəki stadionda 131 nəfərin ölümü ilə nəticələnən faciə ilə əlaqədar “Arema” klubunun iki nümayəndəsini ömürlük futboldan kənarlaşdırıb. Bu barədə AFP məlumat verir.
Faciə bazar günü “Arema” – “Persebaia” matçından (2:3) sonra baş verib. Uduzan klubun azarkeşləri meydançaya qaçıblar. Polisin fanatlara qarşı gözyaşardıcı qaz atması çaxnaşma və izdiham yaradıb.