04.10.2022 14:52
572
"Viktoriya Plzen"in baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının qrup mərhələsində "Bavariya" ilə oyundan gözləntilərini bölüşüb.
- Çox çətin rəqiblə qarşılaşmamız var. Bu, Çempionlar Liqasının əsas favoritidir. Belə komanda ilə oynamaq çətindir. Amma biz heç nəyi dəyişməyəcəyik, yığcam müdafiə və sürətli əks-hücum taktikamıza sadiq qalacağıq. “Bavariya” həqiqətən də Bundesliqada bir neçə dəfə uduzub, lakin bütün matçlar oxşar olub. Rəqibləri müdafiədə əla iş gördü, qapıçılar xilas etdi, “Bavariya”nın bəxti gətirmədi. Biz bu təcrübədən öyrənməliyik. Müller və Kimmixdə koronavirus var, lakin bu, “Bavariya” üçün o qədər də böyük itki deyil. Onların ekvivalent əvəzediciləri var və biz onların əhəmiyyətli dərəcədə zəif olacağını gözləmirik. Bu son dərəcə çətin oyun olacaq, lakin "Bavariya"nın bu mövsümdə bir neçə dəfə büdrədiyini də untmuruq, - "Bavariya və Almaniya" tvitter hesabı Bilekdən sitat gətirir.