17.10.2022 15:15
613


Misli Premier Liqsında 10-cu tura yekun vurulub. “Qarabağ” çempionatda 9-cu oyununu keçirib və 9-cu qələbəsini qazanıb. “Şamaxi” və “Sumqayıt” isə qələbəsizlik seriyasını davam etdirirlər. Maraqlıdır ki, “Sumqayıt” oyun vəziyyətindən ilk qolunu məhz bu turda vurub, özü də həmin qolu “Qarabağ”ın qapısından keçirib.
Turun nəticələrini təqdim edirik:
“Şamaxı” 1-1 “Qəbələ”
“Turan” 2-2 “Səbail”
“Sabah” 1-0 “Zirə”
“Kəpəz” 0-2 “Neftçi”
“Qarabağ” 3-1 “Sumqayıt”
10 turdan sonra yarış cədvəlində vəziyyət belədir:
N | Klublar | O | Q | H | M | T-F | X |
1. | Qarabağ | 9 | 9 | 0 | 0 | 28-7 | 27 |
2. | Sabah | 10 | 8 | 1 | 1 | 23-7 | 25 |
3. | Neftçi | 10 | 7 | 1 | 2 | 19-9 | 22 |
4. | Zirə | 10 | 5 | 1 | 4 | 13-17 | 16 |
5. | Qəbələ | 10 | 5 | 1 | 4 | 14-10 | 16 |
6. | Turan Tovuz | 9 | 3 | 3 | 3 | 8-10 | 12 |
7. | Səbail | 10 | 2 | 3 | 5 | 11-14 | 9 |
8. | Kəpəz | 10 | 1 | 1 | 8 | 6-25 | 4 |
9. | Sumqayıt | 10 | 0 | 4 | 6 | 2-14 | 4 |
10. | Şamaxı | 10 | 0 | 3 | 7 | 5-16 | 3 |