18.10.2022 16:17
523


"Real Madrid"in qapıçısı Tibo Kurtua Yaşin mükafatını qazanmasını şərh edib.
"Real Madriddəki komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Bu komandanın bir hissəsi olmaq inanılmaz hissdir. Keçən il möhtəşəm bir mövsüm keçirdik. Yaşın mükafatını qazanmaq mənim üçün şərəfdir. "Qızıl top"u almaq bir qapıçı üçün mümkün deyil. Sən La Liqanı və Çempionlar Liqasını qazanırsan, komanda sənin seyvlərin sayəsində qazanır – axırda da gəlib yeddinci olursan. Qapıçılar üçün ayrıca mükafat təsis edənlərə təşəkkür edirəm. Bundan sonra nə var? Belçika ilə 2018-ci ildə Fransaya uduzduq. Ümid edirəm ki, Qətərdə daha çox bəxtimiz gətirəcək. Bizim əla komandamız var, dünya çempionatında mühüm rol oynayacağımı gözləyirəm”, - deyə “Diario AS” Kurtuadan sitat gətirir.