çərşənbə axşamı, 08 aprel 2025

DÜNYA FUTBOLU

Kərim Benzema: "Qızıl top”u qarşımda görməkdən qürur duyuram"

18.10.2022 16:25 Oxundu 484

2022-ci ildə “Qızıl top”u qazanan “Real Madrid”in hücumçusu Kərim Benzema uşaqlıq arzusunu gerçəkləşdirdiyini etiraf edib.
Uşaqlıqdan bəri gördüyüm bütün işləri xatırlayıram. Mənim gözümün qabağında iki misal var idi: Zizu və Ronaldo. Bu “Qızıl top”u qarşımda görməkdən qürur duyuram. Ronaldo mənim kumirim olduğunu bilir. Mənim üçün onun kimi ikinci hücumçu yoxdur. Onun meydanda etdiklərini təkrarlamaq olmaz. O, tarixdə yeganədir futbolçudur ki, onunla eyni komandada oynayır, heç bir söz demədən ehtiyat oyunçular skamyasında oturmağa razıyam. “Real”dakı və milli komandadakı yoldaşlarıma təşəkkür edirəm. “Real”ın böyük prezidenti Florentino Peresə təşəkkür edirəm, o, mənim üçün bir ailə üzvü kimidir. Bir dəfə müqavilə imzalamaq üçün evimə gəldi. “Lion” akademiyasını da unutmuram. Ailəmə təşəkkür edirəm, çünki biz birik və birlikdəyik. Bu, xalqın “Qızıl top”udur. Məncə yaşın elə də fərqi yoxdur. Çoxları otuz yaşından sonra səviyyəsini artırır. Bu məqsədyönlülükdür, işdir. Mən daha çox məşq edirəm, özümə deyirəm ki, təslim olmamaq olmaz,-“footmercato.net” Benzemaya istinadən bildirir.