çərşənbə axşamı, 08 aprel 2025

DÜNYA FUTBOLU

Makron Kərim Benzemanı təbrik edib

18.10.2022 16:29 Oxundu 476
 
Fransa prezidenti Emmanuel Makron İspaniyanın “Real” klubunun fransız hücumçusu Kərim Benzemanı “France Football” jurnalının versiyasına görə ilin ən yaxşı futbolçusu mükafatı olan “Qızıl top”u alması münasibətilə təbrik edib.
“Mükafat Zinəddin Zidana verildikdən 24 il sonra Kərim Benzema Fransaya daha bir “Qızıl top” qazandırdı”, – Makron bazar ertəsi Twitter səhifəsində yazıb: “KB9 [Kərim Benzema] – bu iki hərf və oyun nömrəsi futbol tarixinə düşəcək. Təbrik edirəm”.