19.10.2022 16:15
458


Avropa Superliqasının təşkilatçıları layihənin həyata keçirilməsi istiqamətində daha bir addım atıblar.
“A22 Sports Management”in baş direktoru Bernd Reyxart Superliqa layihəsinin baş direktoru olacaq. 48 yaşlı funksioner əvvəllər RTL Deutschland Group-da çalışıb, indi qalmaqallı Super Liqanı Avropada təbliğ edəcək. Təşkilatçılar 2024/25 mövsümü üçün yenidən Super Liqaya start verməyə çalışacaqlar.
“Financial Times”ın məlumatına görə, layihənin yeni baş direktoru Bernd Reyxart Avropa Superliqası layihəsinin yaxın 2-3 ildə bərpa oluna biləcəyini, 2024/25 mövsümündə başlamasını real variant adlandırıb.