çərşənbə axşamı, 08 aprel 2025

BİZİM FUTBOL

AFFA Mircavadovu təbrik edib

21.10.2022 14:33 Oxundu 486

Oktyabrın 22-də Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordeni laureatı, hazırda fəaliyyətini AFFA-nın Məşqçilər Komitəsinin üzvü olaraq davam etdirən Ağasəlim Mircavadovun 75 yaşı tamam olur.
Bu münasibətlə AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev yubilyarla görüşüb. Baş katib AFFA rəhbərliyi adından əlamətdar yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib, ona xoş arzularını çatdırıb.  
Ağasəlim Mircavadov təbrikə və səmimi sözlərə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib. (affa.az)