21.10.2022 15:02
608


Rusiyanın futbol klubu “Baltika”nın mətbuat xidmətinin rəhbəri Sergey Kandalov hərbi komissarlığa çağırış vərəqəsi alıb. Bu barədə o, “Novıy Kalininqrad” nəşrinə məlumat verib.
"Bəli, əlbəttə ki, gələn həftə çağırış məntəqəsinə gedəcəm. Amma indi xəstəyəm, danışmağa çətinlik çəkirəm, dişimi çıxartdırmışam".
“Baltika”nın futbolçularına da çağırış vərəqəsi gəlibmi” sualına cavab verməkdə çətinlik çəksə də, Kandalov bazar ertəsi bu məlumatı dəqiqləşdirəcəyəni və mətbuata açaqlama verəcəyini bildirib.