şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Erik ten Haq: "Ronaldo cəzasını çəkməlidir"

21.10.2022 16:14 Oxundu 481

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Tottenhem"lə qarşılaşmada əvəzetmə zamanı meydana çıxmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılıb. Bu barədə “Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq məlumat verib.
Premyer Liqanın 12-ci turunda "Mançester Yunayted" "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib. Ronaldo final fitindən əvvəl stadionu tərk edib, komanda yoldaşları qələbəni qeyd edərkən o, soyunub-geyinmə otağında olmayıb. Ertəsi gün -oktyabrın 20-də “Mançester Yunayted”in mətbuat xidməti komandanın məşqçilər korpusunun portuqaliyalının “Çelsi” ilə oyunda iştirakdan uzaqlaşdırılmasına qərar verdiyini açıqlayıb.
"Bəli, Ronaldo "Tottenhem"lə oyunda meydana çıxmaqdan imtina etdi. O bunun cəzasını çəklməlidir. Bu, komandada intizam ruhunu saxlamq üçün vacibdir",- Erik ten Haq bildirib.
 “The Athletic” portalı Ronaldonun qarşıdakı üç gün ərzində fərdi məşq edəcəyini bildirib.