şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Frank Riberi karyerasını bitirdi

21.10.2022 16:26 Oxundu 564
 
Fransalı yarımmüdafiəçi Frank Riberi peşəkar futbol karyerasını başa vurub. O, bu barədə öz Twitter səhifəsində məlumat verib.
"Top dayanır. İçimdəki hisslər - yox. Bu möhtəşəm macəra üçün hamınıza təşəkkür edirəm", - Riberi yazıb.
Riberinin son klubu 2021-ci ilin sentyabrından bəri çıxış etdiyi İtalyanın “Salernitana” komandası olub. Komandanın tərkibində fransalı müxtəlif turnirlərdə 25 oyun keçirib, üç məhsuldar ötürmə edib. 39 yaşlı futbolçu karyerası ərzində Fransanın “Bulon”, “Brest”, “Mets” və “Marsel”, İtaliyanın “Fiorentina” və Türkiyənin “Qalatasaray” klublarında da çıxış edib. Türkiyə klubunda o, ölkə kubokunu qazanıb.
2007-2019-cu illərdə Riberi Almaniyanın "Bavariya" komandasında çıxış edib. Burada o, 425 oyun keçirib, 124 qol vurub və 182 məhsuldar ötürmə verib. Asistlərə görə fransalı klub tarixində ikinci yerdədir, yalnız almaniyalı Tomas Müllerdən (249) geri qalır. Riberi “Bavariya” ilə 9 dəfə Almaniya çempionluğunu, 6 dəfə Almaniya kubokunu, 4 dəfə Almaniya Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və bir dəfə Klublararası Dünya Çempionatını qazanıb. 2013-cü ildə Riberi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən ilin ən yaxşı futbolçusu seçilibi və “France Football” jurnalına görə ilin ən yaxşı futbolçusu mükafatı olan “Qızıl top” üçün səsvermədə üçüncü yeri tutub.