25.10.2022 14:10
620
İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker "Barselona"nın Çempionlar Liqasından kənarlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
"Barselona"nın məşqçisi olmaq çətindir, çünki o, dünyanın ən böyük klublarından biridir. Amma düşünürəm ki, Xavi indiyə qədər yaxşı işlər görüb və irəliləyir. Hər şeyi birdən dəyişmək çətindir. Çempionlar Liqasını tərk etmək məyusedicidir, amma bu, La Liqada üstünlük ola bilər. Bəlkə də dünya çempionatından sonra futbolçular çox yorğun olacaqlar”, - "Mundo Deportivo" Lineker dən sitat gətirir.