çərşənbə axşamı, 08 aprel 2025

DÜNYA FUTBOLU

Rusiya futbolu siyasi oyunbazlığın qurbanına çevrilir

25.10.2022 15:08 Oxundu 545

Bütün ölkədə futbolun inkişafı Rusiya Futbol İttifaqının (RFİ) prioritet məsələsidir. Bu barədə TASS-a bazar ertəsi RFİ-nin komunikasiya xidmətindən məlumat verilib.
Bazar ertəsi Rusiya baş nazirinin müavini Dmitri Çernışenko Rusiya prezidenti Vladimir Putinlə görüşündə Luqansk , Donetsk,  Xerson və Zaporojye vilayətlərinin futbol çempionatlarının Rusiya müntəzəm çempionatlarına  inteqrasiyası ilə bağlı RFİ ilə razılaşa bildiyini bildirib. Sevastopol qubernatoru Mixail Razvojayev 2023-2024-cü il mövsümündən etibarən Sevastopol və Krımın futbol komandalarının Rusiya Milli Futbol Liqasının (FNL) keçirdiyi peşəkar idman yarışlarında iştirak edə biləcəklərini açıqlayıb.
"Ölkəmizdə futbolun inkişafı Rusiya Futbol İttifaqının prioriteti olub və olaraq qalır. Bu işi RFİ Rusiya Federasiyası hökuməti və digər icra hakimiyyəti orqanları ilə birlikdə həyata keçirir", - RFİ-nun rkommunikasiya xidməti qeyd edib.
Qeyd edək ki Krım Rusiyaya birləşdirildikdən sonra Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qərarı ilə Krım klubları regional çempionatda çıxış ediblər. 2015-ci ildən etibarən Krım yarmadasının klubları  üçün ayrıca yarışlar təşkil olunur.