25.10.2022 15:13
645


Rusiya millisinin keçmiş baş məşqçisi Boris İqnatyev Ukrayna futbolu rəhbərliyinin iddialarını dəyərləndirib.
Xatırladaq ki, Ukrayna Futbol Assosiasiyasının (UAF) rəhbəri Andrey Pavelko qurumun Rusiya Futbol İttifaqının (RFİ) UEFA və FİFA-dan çıxarılmasını tələb edəcəklərini bildirib.
"Qəribədir ki, FİFA və UEFA UAF-nin bu açıqlamasına hələ də cavab verməyiblər. Əgər RFİ rəsmi olaraq Krım, Luqansk, Zaporojye və Xerson vilayətlərinin klublarını Rusiya çempionatlarına daxil etsə, o zaman bizi FİFA və UEFA-dan qovmaq olar. Mən düşünmürəm ki, indiki siyasi vəziyyətdə onlar geri çəkiləcəklər. Bizi FİFA və UEFA-dan qovacaqlar”, - İqnatyev “Sport24”ə bildirib.