15.11.2022 15:49
505


“Futbolda istehsal olunan dünya ümumi daxili məhsulunun (ÜDM) həcmi təxminən 300 milyard dollardır və potensial olaraq 200-300 milyard dollar artırıla bilər”. Bunu FİFA prezidenti Canni İnfantino Balidə keçirilən G20 sammitində deyib.
"Əziz liderlər, siz dünyanın ən böyük iqtisadiyyatlarını təmsil edirsiniz, icazə verin, futbol iqtisadiyyatı haqqında bir neçə kəlmə deyim. Qlobal futbolun dünya ÜDM-ində təxmini payı 300 milyard dollardır. Futbol azarkeşlərinin 90%-i Avropadadır, ÜDM-in 70%-i Avropada istehsal olunur. Əgər dünyanın qalan hissəsi Avropanın istehsal etdiyinin heç olmasa yarısını istehsal etsə, qlobal iqtisadiyyatın potensialını təsəvvür edin. Bu dünya ÜDM-nin 200-300 milyard dollar artması deməkdir, 3-4 milyon yeni iş yeri deməkdir. Ancaq futbol iqtisadiyyatdan, idmandan daha çox şeydir. Futbol ehtiras, təhsil, tolerantlıqdır, uşaqlarımıza və gələcəyimizə sərmayədir", - FİFA rəhbəri bildirib.
O qeyd edib ki, dünya çempionatı ölkə liderləri arasında danışıqlar platformasına çevrilə bilər. İnfantino çıxışının sonunda sammitdə iştirak edən bütün liderlərdən Dünya Kubokunun rəsmi topunu imzalamağı xahiş edib.