çərşənbə axşamı, 08 aprel 2025

DÇ-2022

Qaret Beyl: “Dərs əvəzinə uşaqlara futbolu göstərin”

25.11.2022 15:00 Oxundu 471

Millinin kapitanı Qaret Beyl Uelsli məktəb müəllimlərini şagirdlərə 2022-ci il Dünya Çempionatının 2-ci turunda keçiriləcək  İran - Uels oyununu göstərməyə çağırıb.
"İranla oyun Uels vaxtı ilə səhər saat 10-da başlayacaq. Mən müəllim olsaydım, uşaqların məktəbdə oyunu izləməsinə icazə verərdim. Ümid edirəm ki, müəllimlərimiz bunu edəcək. Bu, Uels üçün tarixi bir məqamdır, biz Dünya Kubokunda iştirak edirik. Dostlarım uşaqlarının  matça baxmasını istəyirlər, amma onları məktəbdən ayırmaqmaq istəmirlər. Düşünürəm ki, bir çox müəllimlər dərs əvəzinə məktəblilər üçün yayımı açacaqlar. Bu, belə bir mini tarix dərsidir”, – PlanetSport Beyldən sitat gətirir.