25.11.2022 15:22
595


Braziliya millisinin müdafiəçisi Tiaqo Silva DÇ-2022-də Serbiya ilə oyunundan sonra rəqibin baş məşqçi Draqan Stoyçikovun davranışı haqda danışıb.
"Mən çox mübahisə etməyi sevmirəm, amma onların məşqçisi matçdan əvvəl dedi: "Sən dörd hücumçu ilə olacaqsansa, arxada kim olacaq?” Bu hörmətsizlikdir. Bir az hörmət et! Komandamızı öyrənsəydiniz, görərdiniz ki, meydanda nə qədər hücumçu olmasından asılı olmayaraq, biz çox qol buraxmırıq. Serb məşqçi bunu deyəndə bizə hörmət etmədi”, – O Qlobo Silvadan sitat gətirir.