25.11.2022 15:50
719


Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2022-ci il Dünya Çempionatında vurduğu rekordla özünün müstəsna oyunçu olduğunu təsdiqlədi. Bu fikirləri TASS agentliyinə ikiqat dünya çempionu braziliyalı Kafu deyib.
Ronaldo cümə axşamı dünya çempionatının qrup mərhələsinin ilk turunda Qana yığması ilə oyunda (3:2) Portuqaliya millisinin ilk qolunun müəllifi olub. Hücumçu futbol tarixində beş dünya çempionatında qol vurmağı bacaran yeganə oyunçu ünvanı qazanıb.
"Söhbət adi bir insandan yox, super oyunçudan gedir. O, işinə çox sadiqdir, çox çalışır, müstəsna olmaq üçün hər şeyə malikdir. Nə olursa olsun, hər kəs ondan çox şey gözləyir.
O, beş dünya çempionatında oynamağı bacaran az sayda oyunçudan biridir, bu, artıq nailiyyətdir və o, həm də bu çempionatların hamısında qol vuraraq tarixdə yeganə oldu”, - Kafu deyib.