26.11.2022 11:50
602


İngiltərə millisinin müdafiəçisi Harri Maquayr DÇ-2022 matçında ABŞ-la heç-heçə (0:0) haqda fikirlərini bildirib.
"Özümüzə yüksək hədəflər qoyuruq və hər oyunda qalib gəlmək istəyirik, lakin bu, Dünya Kubokudur və çətin komandalara qarşı çətin oyunlar var. ABŞ çətin rəqib idi və bəzən çox yaxşı oynadı. Ola bilsin ki, biz ən yaxşı formada deyildik və üzərində işləyəcəyimiz bir şey var. Hər oyunda qalib gəlmək istədiyimizi bilirəm və əminəm ki, azarkeşlər çoxlu qol görmək istəyirlər. Amma bəzən qalib gəlmək mümkün olmur, onda isə heç olmasa qol buraxmamalısan və biz bunu bacardıq”, - BBC Maquayrdən sitat gətirir.